|
Xəbərlər
[24.07.2009]
Yaponiyalı mütəxəssislər "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələri ilə tanış olmuşlar
Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli dünya dövlətlərini narahat edən ən prioritet məsələlərdəndir. Hazırda bu problemlərin həlli ilə dünyada yüzlərlə təşkilatlar və elmi tədqiqat müəssisələri məşğul olur. Sərhəd tanımayan ekoloji problemlərin həlli bu sahədə dövlətlərarası əlaqələrin daha da genişlənməsi və analoji təşkilatlarla birgə fəaliyyət göstərilməsi zəruriyyətini yaradır.
Bu baxımdan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi ekoloji layihələr və istehsalata tətbiq etdiyi müasir texnoloji qurğular bir çox xarici təşkilatların marağına səbəb olmuş və ikitərəfli əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaranmışdır.
Tullantıların emalı prosesləri ilə yaxından tanış olmaq məqsədilə iyulun 21-də Yaponiyanın "IT ECO Engineering Co., Ltd." Şirkətinin nümayəndələri QSC-nin istehsalat sahələrində olmuş, bu sahədə müasir üsullarla aparılan texnoloji proseslər onların marağına səbəb olmuşdur.
Görüş zamanı Yaponiyalı mütəxəssislər təcrübə mübadiləsinin aparılması və tullantıların emalı sahəsində gələcəkdə əməkdaşlıq münasibətlərinin qurulması üçün burada əlverişli şəraitin olduğunu xüsusilə qeyd etmişlər.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici əlaqələrin genişləndirilməsinə və əməkdaşlıq münasibətlərinin yaradılmasına maraqlı olduğu Yaponiyalı mütəxəssislərin diqqətinə çatdırılmışdır.
|
|