|
Xəbərlər
[27.07.2009]
Alyans müqaviləsinin icrasına başlanılmışdır
Xəbər verildiyi kimi son dövrdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Özbəkneftqaz" Milli Holdinq Şirkəti və EKONORDRAGMET Birgə Müəssisəsi ilə sıx əməkdaşlıq münasibətləri yaranmış və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində ilkin addımlar atılmışdır.
Bu əlaqələrdən biri də cari ilin fevral ayında "Ekol Mühəndislik Xidmətləri" QSC ilə EKONORDRAGMET Birgə Müəssisəsi arasında sorbentin birgə istehsalına dair bağlanmış Alyans müqaviləsidir.
Müqavilə şərtlərinə əsasən, artıq iyul ayında sorbent istehsal edən qurğu və ilkin xammal Özbəkistandan Bakıya gətirilmiş və QSC-nin istehsalat sahəsində quraşdırılmışdır. Gücü 30 kq/saat olan qurğu iyulun 22-də istismara verilmiş və ilk sorbent maddəsi əldə olunmuşdur.
Qeyd edək ki, sorbent maddəsi çirklənmiş torpaqlarının və su hövzələrinin neft qarışıqlarından təmizlənməsində çox əhəmiyyətli bir vasitədir. "Ekol Mühəndislik Xidmətləri" QSC bu qurğu vasitəsilə istehsal olunan sorbentdən "Sifarişçi" təşkilatların istehsalat ərazilərində olan süni gölməçələrin və çirklənmiş torpaqların neft qarışıqlarından təmizlənməsində geniş istifadə edəcəkdir ki, bu da öz növbəsində layihələrin iqtisadi və ekoloji səmərəliliyini xeyli dərəcədə artıracaqdır.
|
|