|
Xəbərlər
[3.08.2009]
"Salyan OİL" LTD-nin mədən ərazilərində aparılan
rekultivasiya işlərinin I-ci mərhələsi başa çatmışdır
Müqaviləyə əsasən, 2009-cu ilin fevral ayından "Ekol Mühəndislik Xidmətləri" QSC-nin icrasına başladığı "Salyan OİL" LTD-nin Qarabağlı və Kürsəngi neft yataqlarındakı qazma şlamının utilizasiyası və rekultivasiyası layihəsinin I-cı mərhələsi iyul ayında başa çatmışdır.
Layihəni İcra edən QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) I-ci mərhələdə "Sifarişçi"nin Qarabağlı və Kürsəngi neft yataqlarında mexaniki rekultivasiya işlərini həyata keçirmişdir. Xüsusi texnika və nəqliyyat vasitələri ilə fevral-iyul aylarında layihə sahəsində olan 35.5 min m3 neftşlam, 15.6 min m3 çirkab su ərazidən kənarlaşdırmış, əlavə olaraq əraziyə 64.7 min m3 münbit torpaq daşınaraq hamarlanmışdır. Cari ilin avqust ayından isə layihənin II-ci mərhələsinin, bioloji rekultivasiya işlərinin icrasına başlanılacaqdır.
TRD-nin rəisi Məhəmmədəli Həsənov bildirdi ki, layihə sahəsində bioloji rekultivasiya işlərinin aparılması məqsədilə bütün hazırlıq işləri aparılmış və lazımı tədbirlər görülmüşdür. Departament rəisi layihənin II-ci mərhələsinin nəzərdə tutulmuş müddətdə başa çatdırılması üçün əlverişli şəraitin və imkanların olduğunu bildirdi. Layihənin II-ci mərhələsinin isə ilin sonunadək başa çatdırılması planlaşdırılmışdır.
|
|