|
Xəbərlər
[6.08.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC işçilərinin yay
istirahəti üçün lazımı şərait yaradılır
"Ekol Mühəndislik Xidmətləri" QSC əvvəlki illərdə işçilərin yay istirahətini ən yüksək səviyyədə təşkil etmiş, onların müəssisənin hesabına respublikamızın ən səfalı istirahət zonalarında dincəlmələri üçün şərait yaradılmış və bütün işçilər əhatə olunmuşdur. 2009-cu ildə qlobal iqtisadi böhranla əlaqədar olaraq digər sahələrdə olduğu kimi işçilərin yay istirahətinin təşkili məsələlərində də müəyyən çətinliklər yaranmışdır. Buna baxmayaraq QSC-nin rəhbərliyi Həmkarlar İttifaqı Komitəsi ilə birgə işçilərin istirahəti üçün mümkün olan tədbirləri görür.
Yay mövsümündə QSC-nin texniki dəstəyi ilə bir qrup işçinin Quba istirahət zonasında istirahəti təşkil olunmuş, Həmkarlar İttifaqı Komitəsi işçilərə "Abşeron", "Qalaaltı", "Dostluq", "Şəfa", "Şıx" və s. sanatoriyalara göndəriş vərəqələri təşkil etmişdir. Bir qrup işçi isə Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə Türkiyənin Antalya vilayətinin Kəmər bölgəsinə istirahətə göndərilmişdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC bundan sonra da işçilərin yay istirahətinin təşkili üçün əlavə tədbirlərin həyata keçirilməsini planlaşdırır.
|
|