|
Xəbərlər
2008-ci ilin I rübundə neftşlamın təmizlənməsi üçün ən müasir tipli LUNX-40 "Alfa-Laval" Şirkətinin gücü 30 m3/saat olan 2 fazalı modul dekanter qurğuları alınmışdır.Bu qurğulardan biri "Bibiheybətneft" NQÇİ-nin mə`dən ərazisində, digəri isə Heydər Əliyev adına BENZ-nun 9 saylı sexinin ərazisində quraşdırılıb istifadəyə verilmişdir.
Bu modul qurğunun köməkliyi ilə saatda 30 m3 neftşlam zərərsizləşdirərək 2 fazaya, su qarışıq neft məhsuluna və bərk qalıqlara ayırır ki, bunlardan da sonradan səmərəli istifadə olunur və neftşlamın ətraf mühitə mənfi təsirinin qarşısı alınır.
|
|