"Ekol" mini futbol komandası Respublika çempionatına ciddi hazırlaşır
Ötən çempionatın dördüncüsü olan "Ekol" mini futbol komandası futzal üzrə növbəti çempionatın birincisi olmaq üçün ciddi hazırlaşır. Komandamız öz heyətini təcrübəli futbolçularla möhkəmləndirməklə yanaşı, müntəzəm olaraq təlim məşqləri keçirir və oyunçuların fiziki hazırlığına xüsusi diqqət yetirilir. Növbəti dəfə komandamız avqustun 17-dən 24-dək Nabran istirahət zonasında təlim-məşq toplantısı keçirmişdir.
Sentyabrın 7-də ölkə çempionatına start veriləcəkdir. Çempionatdan qabaq isə "Ekol" komandasının bir neçə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulur.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.