|
Xəbərlər
[9.09.2009]
Təmizləyici qurğuların əlavə çökdürücü gölü
yenidən istismara verilmişdir
Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisində yerləşən (O.Vəliyev 1), 50-ci illərdə tikintisi başa çatmış və hazırda "Ekol Mühəndislik Xidmətləri" QSC -nin istismarında olan mexaniki təmizləmə qurğuları uzun müddət istismarda olduğundan qurğunun bəzi hissələri yararsız hala düşmüş və müvəqqəti olaraq istismardan çıxarılmışdır.
QSC öz fəaliyyəti dövründə yeni texnologiyaların tətbiqi ilə yanaşı, 2006-cı ildən istismara götürdüyü mexaniki təmizləmə qurğularında vaxtaşırı təmir bərpa işlərini həyata keçirərək sıradan çıxmış qurğuları yenidən istismara daxil edir.
Növbəti dəfə mexaniki təmizləmə qurğuların tərkib hissəsi olan 2 saylı çökdürücü göl təmizlənir, təmir bərpa işləri aparılır və yaxin gələcəkdə yenidən istismara verilməsi üçün tədbirlər görülür, bu da sənaye sularının keyfiyyətinə öz müsbət təsirini göstərəcəkdir.
|
|