|
Xəbərlər
[18.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də "Ramazan"
bayramı qeyd olunmuşdur
Xalqımızın ən əziz bayramı, ayların sultanı "Ramazan" bayramı Respublikamızın hər yerində olduğu kimi QSC-də də qeyd olunmuşdur. Bu məqsədlə müəssisədə yığıncaq keçirilmişdir. Yığıncaqda QSC-nin baş direktoru Soltan Əliyev, baş direktorun istehsalat üzrə müavin-Texniki direktor Məzahir Hüseynov və baş direktorun ümumi işlər üzrə müavini Ramil Əliyev çıxış edərək müqəddəs Ramazan ayının xalqımıza sülh, əmin-amanlıq və firavanlıq bəxş etməsini və oruc tutanların oruclarının qəbul olunmasını arzuladılar.
Yığıncağın sonunda QSC-nin xeyli sayda oruc tutan işçilərinə ərzaq paylandı. Oruc tutan işçilər bu diqqət və qayğıya görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər və ulu Tanrının nəzərini xalqımızın üzərindən əskik etməməsini arzuladılar.
|
|