|
Xəbərlər
[16.07.2008] "Bibiheybət" sahəsində görülən işlər diqqət mərkəzindədir
Məlum olduğu kimi, İyulun 12-də əsaslı təmirinə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə başlanılmış, dini-mənəvi dəyərlərimizin bir nümunəsi olan "Bibiheybət" məscidinin açılış mərasimi olmuşdur.
Mərasimi giriş sözü ilə açan Prezident İlham Əliyev "Bibiheybət" məscidinin
yüksək səviyyədə təmir edildiyini, zəvvarlar üçün hərtərəfli şərait yaradıldığını, bu dini tarixi abidənin gələcək nəsillər üçün də böyük tərbiyəvi əhəmiyyət kəsb etdiyini və onun qorunub saxlanmasında hər bir azərbaycanlının mənəvi borcu olduğunu xüsusilə qeyd etdi.
Yolüstü Prezident İlham Əliyev cənabları və dövlət rəsmiləri "Bibiheybət" NQÇİ-nın mədən ərazisini seyr etmişlər.
ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev aparılan işlər barədə ölkə başçısına məlumatlandırmış, İlham Əliyev cənabları öz tövsiyə və tapşırıqlarını vermişdir.
Bir zamanlar bataqlıqlar, çirkli gölməçələr və zibilliklərlə əhatə olunmuş bu ərazinin mənzərəsi tamamilə dəyişmiş, bataqlıqlar, gölməçələr qurudulmuş, ərazi hamarlanmış, zibilliklərdən təmizlənmiş və yaşıllıqlar salınmışdır.
"Bibiheybət" sahəsində görülən işlərin əsas podratçısı olan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi və kollektivi ölkə başçısının bu sahədə aparılan işlərə diqqət yetirməsindən qürur hissi keçirmiş , bu sahədə daha yüksək nəticələr əldə olunması üçün bütün qüvvələri səfərbər etməyi qarşıya məqsəd qoymuşlar.
"Ekol Mühəndislik Xidmətləri" QSC "Bibiheybət" sahəsində ekoloji layihələrin icrasını davam etdirir.
|
|