|
Xəbərlər
[29.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin əməkdaşı
ARDNŞ-nin Fəxri Fərmanına layiq görülmüşdür
20 sentyabr "Neftçilər günü" peşə bayramı və "Əsrin müqaviləsi" nin 15-ci ildönümü ilə əlaqədar olaraq respublikamızın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə ARDNŞ-nın tabeçiliyində olan təşkilatlarda çalışan bir qrup əməkdaş Şirkətin Fəxri Fərmanı ilə təltif edilmişdir. Təltif olunanlar arasında neft sənayesində uzun müddət səmərəli əmək fəaliyyəti olmuş, hazırda "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Elektromexaniki təmir sexində qazla kəsən peşəsində çalışan Koşinov Anatoliy Gennadiyeviç də olmuşdur.
Bu münasibətlə QSC-nin baş ofisində Fəxri Fərmanın rəsmi təqdimetmə mərasimi keçirilmişdir. Fəxri Fərmanı və pul mükafatını A.Koşinova təqdim edən QSC-nin baş direktoru Soltan Əliyev onu təbrik edərək, bu Fəxri Fərmanın bütövlükdə QSC-yə, onun kollektivinə ARDNŞ-nin göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulamışdır.
Digər çıxış edənlər də A.Koşinovu Fəxri Fərman alması münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışlar. Sonda A.Koşinov onun əməyinə verilən yüksək qiymətə görə ARDNŞ-nin və QSC-nin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
|
|