|
Xəbərlər
[1.10.2009]
QSC-də 2009-2010-cu il payız-qış mövsüminə hazırlıqla əlaqədar
Tədbirlər Planının icrası davam etdirilir
2009-2010-cu il payız-qış mövsümində "Ekol Mühəndislik Xidmətləri" QSC-də istehsalatın fasiləsizliyini, istehsalat obyektlərinin və inzibati binaların qışa hazırlığını və işçilərin iş şəraitini yaxşılaşdırılmasını təmin etmək məqsədilə müvafiq Tədbirlər Planı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.
Cari ildə payız-qış mövsüminə hazırlıqla əlaqədar Tədbirlər Planına uyğun olaraq, QSC-nin istehsalat sahələrində siyirtmələrin, istilik boru və su xətlərinin izolyasiyası, daxili elektrik xətlərinin, işıqlanmanın yoxlanılması və bərpası işləri başa çatdırılmışdır. Yeni ofis və inzibati binaların pəncərələri hermetiklənmiş, daxili istilik və su xətləri təmir edilmişdir. Nəqliyyat sexinin yerləşdiyi binanın dam örtüyü tamamilə dəyişdirilmiş, Alfa-Laval dekantor qurğuları üçün çardaqlar quraşdırılmışdır.
2009-cu ildə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq istehsalat sahələri üçün xeyli sayda qızdırıcı cihazlar, avtomaşınlar üçün antifriz və mühərrik yağları, şinlər və digər ehtiyat hissələri tədarük edilmiş, işçilər üçün qış geyimləri sifariş olunmuşdur.
Qış mövsümində yeni qazanxananın istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda QSC-nin 6-cı və 7-ci sahələrində operator otaqlarının dam örtüklərində təmir işlərinin aparılması üçün tədbirlər görülür.
|
|