Elektromexaniki təmir sexi qışa hazırlıqla əlaqədar məqsəd yönlü tədbirlər həyata keçirmişdir.
2009-2010 -cu illərdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Elektromexaniki təmir sexi qışa hazırlıqla əlaqədar bir sıra məqsəd yönlü tədbirlər həyata keçirmişdir.
Tədbirlər planına uyğun olaraq QSC-nin H.Əliyev adına NEZ-nun 9-cu sexinin ərazisində yerləşən istehsalat sahələrində magistral xəttindən diametri 114x4 mm boru ilə Parafinin təmizlənməsi və neftşlamı emal edən dekantr və şeyker modullu qurğusu işləyən sahələrə 294 m uzunluğunda buxar xətti çəkilmişdir. 2009-cu ildə tədbirlər planına daxil edilmiş yeni inşa edilən qazanxanada (məhsuldarlığı 4 min kq/saat) "Erensan" tipli qazanı qazla təchiz etmək üçün 57 mm diametrli uzunluğu 245 m olan və eyni zamanda diametri 89x4 mm boru ilə uzunluğu 45 m olan su xətləri çəkilmişdir.
Qazanxanadakı avadanlıqlara qulluq üçün xidməti meydança düzəldilmiş və elektrik quraşdırma işləri yekunlaşmaq üzrədir.
Elektromexaniki təmir sexi istehsalatın fasiləsiz işləməsini təmin etmək məqsədilə digər lazımı tədbirləri həyata keçirir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.