"Ekol" komandası Gürcüstan Respublikasında bir sıra
yoldaşlıq görüşləri keçirmişdir
Gürcüstanın İdman Agentliyinin SBM (Sport Business Managment ) dəvəti ilə "Ekol" mini futbol komandası oktyabrın 13-dən 17-dək Gürcüstanın Tiflis şəhərində olmuş və bir sıra yoldaşlıq görüşləri keçirmişdir.
Oktyabrın 14-də komandamız ilk yoldaşlıq görüşünü "Alqo" komandası ilə keçirmiş və 5:3 hesabı ilə qələbə çalmışdır. Komandamızın növbəti görüşü oktyabrın 15-də Gürcüstan yığması ilə keçirilmiş və gərgin mübarizə şəraitində keçən oyunda "Gürcüstan" komandası (4:6) məğlub olmuşdur.
Əsas oyunçuları Braziliyalılardan ibarət olan Tiflisin "İveriya" komandası ilə oktyabrın 16-da keçirilən görüş daha maraqlı olması və gərginliyi ilə yadda qalmışdır. Komandamız bu oyunda da yüksək peşəkarlıq göstərmiş və oyun 4:3 hesabı ilə "İveriya"nın xeyrinə başa çatmışdır.
Hazırda "Ekol" komandası futzal üzrə Respublika çempionatının növbəti oyununu oktyabrın 21-də Bakı İdman Oyunları sarayında "Araz " komandası ilə keçirməyə hazırlaşır.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.