|
Xəbərlər
[3.11.2009]
2009-cu ilin on ayında görülən işlər və qarşıda duran vəzifələr
QSC-nin geniş iclasında müzakirə edilmişdir
Noyabrın 03-də "Ekol Mühəndislik Xidmətləri" QSC -nin 2009-cu ilin on ayında həyata keçirdiyi işlər və qarşıda duran vəzifələrə dair geniş iclas keçirilmişdir. İclasa QSC-nin departament, şöbə, sex və sahə rəisləri qatılmışlar.
İclası giriş sözü ilə açan "Ekol Mühəndislik Xidmətləri" QSC -nin baş direktoru Soltan Əliyev 2009-cu ilin müvafiq dövründə görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.
Daha sonra ayrı-ayrı departament, şöbə və sex rəhbərləri hesabat verərək həyata keçirdikləri layihələrdən və qazanılmış uğurlardan danışdılar. Qeyd olundu ki, daim inkişafda olan "Ekol Mühəndislik Xidmətləri" QSC hesabat dövründə "Sifarişçi" təşkilatlarla olan müqavilə öhdəliklərini layiqincə yerinə yetirmiş və müəssisənin rentabelliyinin artırılmasına nail olunmuşdur.
Görülən işləri ümumən qənaətbəxş hesab edən QSC-nin baş direktoru, 2010-cu ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən "Ekologiya İli " elan edildiyini və bununla əlaqədar QSC-nin qarşısında mühüm vəzifələr durduğunu önə çəkərək, dekabr ayınadək gələn il üçün əsaslı tədbirlər planının işlənib hazırlanmasının və müzakirəyə təqdim edilməsinin vacibliyini vurğuladı.
Baş direktor qeyd etdi ki, "Ekologiya İli" ilə əlaqədar növbəti ildə həyata keçiriləcək ekoloji layihələr, əsasən yaşıllıqların salınmasına və alternativ enerjidən istifadəyə yönəldilməlidir. Bunun üçün QSC-nin kifayət qədər potensial imkanları vardır və biz bu imkanlardan yetərincə istifadə etməliyik.
Sonda ayrı-ayrı istehsalat sahələri üzrə təqdim ediləcək təkliflər paketinin əsasında 2010-cu il üçün tədbirlər planının hazırlanması və dekabr ayımda müzakirəyə təqdim edilməsi qərara alınmışdır.
|
|