|
Xəbərlər
[10.11.2009]
QSC-nin istehsalat sahələrində mövsümü yaşıllaşdırma
tədbirləri davam etdirilir
QSC-nin istehsalat sahələrində ekoloji tarazlığın qorunması məqsədilə, mövcud yaşıllıq sahələrində mövsümi aqrotexniki işlərin görülməsi, yeni ağacların və bəzək kollarının əkilməsi tədbirləri davam etdirilir. Təcrübəli bağbanların və təsərrüfat işçilərinin səyi nəticəsində ərazidə salınmış yaşıllıqlar və əkilmiş gül-çiçəklər zövq oxşayır.
Hazırda QSC-nin təsərrüfat şöbəsinin bağbanları payız mövsümi ilə əlaqədar təkcə istehsalat sahələri ərazilərində deyil, eləcə də müəssisənin girişində salınmış yaşıllıq zolaqlarının genişləndirilməsi istiqamətində qızğın işlər aparırlar. Ötən ay əraziyə 200-ə yaxın yeni ağac əkilmiş və ağacəkmə aksiyası davam etdirilir.
2010-cu ilin ölkə başçısı tərəfindən "Ekologiya İli" elan edilməsi ilə əlaqədar olaraq "Ekol Mühəndislik Xidmətləri" QSC indidən hazırlıq işlərinə başlamış, yeni tinglərin əkilməsinə və yaşıllıqların salınacağı ərazilərin hazırlanmasına start verilmişdir.
|
|