|
Xəbərlər
[16.11.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC Nizami rayonunda
keçirilmiş iməcilikdə iştirak etmişdir
Ölkə başçısı möhtərəm İlham Əliyevin ətraf mühitin mühafizəsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində bu sahədə respublikamızda bir sıra silsilə tədbirlər keçirilir. Respublikamızın hər yerində, xüsusilə Abşeron yarımadasında yaşıllıqlar salınır, çirklənmiş torpaqlar təmizlənərək yararlı hala salınır.
Ağacəkmə mövsümünün başlaması ilə əlaqədar olaraq noyabrın 14-də ümumşəhər iməciliyi keçirilmişdir. Ruh yüksəkliyi ilə keçirilən tədbirlər paytaxtın bütün rayonlarını əhatə etmişdir. Tədbirə ARDNŞ-nin müəssisə və təşkilatları da qatılmış, minlərlə yeni ağac və bəzək kolları, əkilmiş yaşıllıq zolaqları salınmışdır.
14 noyabrda Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının İcra Hakimiyyəti ilə birgə keçirdiyi iməcilikdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin də xeyli sayda nümayəndələri iştirak etmişdir. QSC-nin əməkdaşları Nizami rayonu ərazisində onlar üçün ayrılmış sahədə 200-dən çox ağac əkmişlər. Bununla yanaşı həmin gün QSC öz istehsalat sahələrində də iməcilik keçirmiş, yeni ağaclar əkilmiş və sahələrdə abadlaşdırma işləri aparılmışdır.
Ətraf mühitin mühafizəsinə və insanların sağlamlıqlarının qorunmasına böyük önəm verən Respublika Prezidentinin 2010-cu ili "Ekologiya İli" elan etməsi bu işlərə yeni təkan vermişdir. Bununla əlaqədar olaraq "Ekol Mühəndislik Xidmətləri" QSC də ilin sonunadək və növbəti ildə bu istiqamətdə təsirli tədbirlərin həyata keçirilməsini planlaşdırmışdır.
|
|