|
Xəbərlər
[18.11.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin ekoloji siyasəti
inkişaf mərhələsindədir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi ekoloji siyasətinin əsas meyarı ekologiyaya müsbət təsir göstərən bütün amilləri daim inkişaf etdirmək, Azərbaycan Respublikasının Dövlət Nəzarət Orqanları, sifarişçilər, işçi personalı və yerli əhali ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin müasir texnika və texnologiyaların tətbiqi ilə Ekologiya İdarəetmə Sisteminin daimi inkişafını təmin etməkdən ibarətdir.
QSC Milli və Beynəlxalq Ekologiya İdarəetmə Sisteminin (EİS) tələblərini əsas götürərək, bu sistemi daim təkmilləşdirmək, inkişaf etdirmək və müasirləşdirməklə ətraf mühitə mənfi təsirləri minimum səviyyəyə endirmək üçün əsaslı işlər görür, eləcə də TS EN ISO 14001:2004 Beynəlxalq Standartları üzrə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və EİS-nin qurulmasına və onun davamlı həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
Fəaliyyəti dövründə QSC apardığı düzgün ekoloji siyasətin nəticəsi olaraq, ekoloji aspektlərin qiymətləndirilməsi və uyğun tələblərə əməl olunması ilə ətraf mühitə dəyən ziyanın minimuma endirilməsinə, təbii sərvətlərdən səmərəli istifadə edilməsinə və alternativ enerji mənbələrinin sınaqdan keçirilməsi imkanlarına, eyni zamanda müəssisənin daxilində və xaricində ekoloji maarifləndirmə işlərinin təşkilinə nail ola bilmişdir.
Türk Standartları İnstitutunun auditorları tərəfindən keçirilən növbəti audit zamanı QSC-də TS EN ISO 14001:2004 Beynəlxalq Standartlarının tələblərinə düzgün əməl olunduğu və EİS-nin yüksək səviyyədə təşkil edildiyi öz təsdiqinin tapmış, müəssisə yeni sertifikatlara layiq görülmüşdür.
"Ekol Mühəndislik Xidmətləri" QSC fəaliyyətinin bundan sonra da beynəlxalq standartlar səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilməsini nəzərdə tutur.
|
|