|
Xəbərlər
[24.11.2009]
QSC-də qışa hazırlıq tədbirləri davam etdirilir
Hava şəraitinin dəyişkən keçməsi və qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, sənaye - çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərinin fasiləsizliyinin təmin olunması məqsədilə, istehsalat sahələrində qışa hazırlıq tədbirləri həyata keçirilir.
Kompleks tədbirlər planına uyğun olaraq QSC-nin Elektromexanika sexinin kollektivi Tullantıların emalı departamentinin (TED) 6-cı (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) və 7-ci ("Azərneftyağ" NEZ-nun ərazisi) sahələrindəki təmizləyici qurğularda, nasoslarda, boru xətlərində, elektrik şəbəkəsində profilaktiki təmir və izolyasiya işlərini yüksək keyfiyyətlə yerinə yetirirlər.
Qış mövsümünün başlanması ilə əlaqədar olaraq QSC-nin inzibati, məişət və istehsalat binaları fasiləsiz olaraq istiliklə təmin edilmişdir. İstehsalat sahələrinin istilik enerjisinə olan tələbatının daha da yaxşılaşdırılması məqsədilə, TED-nin 6-cı sahəsində tikintisi başa çatdırılmış, məhsuldarlığı 4 500 kq/saat; 6-8 atmosfer olan qazanxanada son tamamlama işləri aparılır və bu günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan başqa istehsalatın fasiləsizliyinin təmin olunması, qurğuların və xüsusi texnikanın qış rejimində işləməsi məqsədilə ehtiyat ötürücü qurğular və enerji mənbələri quraşdırılmış, sınaqdan keçirilmişdir.
Hazırda QSC-də bu istiqamətdə işlər davam etdirilir.
|
|