|
Xəbərlər
[17.07.2008] "Azərneftyağ" Neft Emalı Zavodunda yeni qurğu quraşdırılır.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların emalı departamentinin 7-ci sahəsində("Azərneftyağ" NEZ) sənaye-çirkab sularının təmizlənməsi və texnoloji proseslər nəticəsində formalaşmış və uzun illər yığılıb qalmış çoxlu miqdarda neftşlam vardır.
Ərazidəki mövcud neftşlamın emal olunması, zərərsizləşdirilməsi və bununla da atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədilə, QSC "Alfa-Laval" Şirkətinin istehsalı olan 1 ədəd müasir tipli 2 fazalı dekantor qurğusu almışdır.
Gücü 30 m3/saat olan bu qurğunun quraşdırılması üçün hazırlıq işləri görülür. Qurğu fasiləsiz iş rejimində işləyəcək və istifadəyə verildikdən sonra gün ərzində 600-700 m3 neftşlam emal edilərək zərərsizləşdiriləcəkdir.
Qurğunu QSC-nin təcrübəli texniki işçiləri idarə edəcəkdir.
|
|