|
Xəbərlər
[1.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələri
xarici şirkətlərin maraq mərkəzindədir
QSC-nin fəaliyyət sahələri və həyata keçirdiyi ekoloji layihələr xarici şirkətlərin maraq mərkəzindədir. Bununla əlaqədar olaraq dünyanın bir çox dövlətlərində və respublikamızda analoji fəaliyyət göstərən şirkətlərlə QSC-də vaxtaşırı görüşlər keçirilir, təcrübə mübadiləsi aparılır və gələcəkdə işgüzar əməkdaşlıq münasibətlərinin qurulması barədə ilkin razılıqlar əldə edilir.
Belə maraqlı görüşlərdən biri də noyabrın 26-da, QSC-nin Baş ofisində İngiltərənin ALPERTON - İnternational LTD-nin Azərbaycan nümayəndəliyi ilə görüş keçirilmişdir. Görüşdə LTD-nin direktoru Alan Rides, region üzrə filial meneceri Hüseyn Gümüş, satış üzrə meneceri Venera Həsənova və QSC-nin rəhbər işçiləri, mütəxəssislər iştirak etmişlər.
QSC-nin fəaliyyət sahələrini nəzərə alaraq ALPERTON - İnternational LTD, Elestec American Marinc Şirkətinin ekoloji problemlərin həll edilməsi sahəsində innavasion texnika və avadanlıqlarını təqdim etmiş və onlar haqqında geniş məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, Elestec American Marinc Şirkətinin Skimer qurğuları neftlə çirklənmiş gölməçələrin üzərinə yığılmış neft məhsullarının təmizlənməsində müvəffəqiyyətlə istifadə edilir. Bərk tullantıların zərərsizləşdirilməsində istifadə olunan İnsenerator qurğusu isə yanma prosesini ətraf mühitə təsir etmədən tam yerinə yetirir və bu zaman yalnız CO2 və H2O ayrılır.
QSC-nin Baş direktoru Soltan Əliyev ALPERTON - İnternational LTD-nin təklif etdiyi qurğu və avadanlıqların QSC-nin fəaliyyət sahələri üçün əhəmiyyətli olduğunu bildirərək, imkanların araşdırılacağını və gələcəkdə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində işlər aparılacağını qeyd etdi.
Sonda qonaqlar səmərəli görüşə və qonaqpərvərliyə görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
|
|