"Ekol" "Saray" komandasını görünməmiş hesabla məğlub etdi
Futzal üzrə ölkə çempionatında növbəti turun oyunları keçirilib. Bu çempionatda yuxarı liqada "Ekol" "Saray" qarşılaşmasında görünməmiş hesab qeydə alınmışdır 57:0.
Futbol tarixində sensasiyaya səbəb olan bu görüş bir daha "Ekol" komandasının yüksək hazırlığından xəbər verir. Komandamız ölkə çempionatında öz mübarizəsini əzmlə davam etdirir.
Xatırladaq ki, komandamızın növbəti oyunu dekabrın 06-da saat 14:00-da Bakı İdman Oyunları Sarayında "Araz" komandası ilə keçiriləcəkdir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.