|
Xəbərlər
[12.12.2009]
"Ekol Mühəndislik Xidmətlərti" QSC kollektivi anım günündə
Ulu Öndərin xatirəsini yad etmişlər
12 dekabrda anım günü kimi bütün Azərbaycan xalqı Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini dərin sükutla və ehtiramla yad edirlər. Hər kəs bu fenomen şəxsə, Azərbaycanın qurucusuna, dünya şöhrətli dahi siyasətçiyə öz mənəvi borcunu vermək üçün onun abidəsini ziyarət etməyə tələsir.
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin kollektivi də Ulu Öndərin anım günündə müxtəlif mərasimlər keçirmiş, istehsalat sahələrində stendlər təşkil olunmuş, Heydər Əliyevin fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilmişdir.
Anım günümdə QSC -nin rəhbərliyi və əmək kollektivinin nümayəndələri Ulu Öndərin adına daşıyan Bakı Neft Emalı Zavodunun ərazisindəki abidəsi önünə əklil qoymuş və onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
|
|