|
Xəbərlər
[15.12.2009]
"Salyan OİL" LTD-nin mədən ərazilərində həyata keçirilən
layihənin icrası başa çatdırılmışdır
Xəbər verildiyi kimi Kürsəngi və Qarabağlı neft mədənlərinin ərazisində qazma şlamının utilizə edilməsi məqsədilə 2008-ci ilin dekabr ayında "Salyan OİL" LTD ilə "Ekol Mühəndislik Xidmətləri" QSC arasında müqavilə imzalanmışdır.
Müqaviləyə əsasən yuxarıda göstərilən ərazilərdə layihə - smeta sənədlərinə uyğun olaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti 2009-cu ilin fevral ayından işə başlamışdır. Layihənin icrasına QSC-nin çoxsaylı texnika və xüsusi təyinatlı yük maşınları cəlb edilmişdir.
Layihə üzrə həyata keçirilən qazma şlamının bioremediasiyası əsasən iki mərhələdə, texniki və bioloji mərhələlərdə aparılmış və əvvəlcədən aidiyyəti qurumlarla razılaşdırılmışdır.
İcra müddətində Kürsəngi və Qarabağlı neft mədənlərinin ərazisindən 39 856 m3 neftşlam, 16 580 m3 çirkab su daşınaraq utilizə edilmiş, həmin ərazilərə 80 603 m3 münbit torpaq daşınaraq bioremediasiya işləri yerinə yetirilmişdir. Cari ilin noyabr ayında layihənin icrası uğurla başa çatdırılmışdır.
Layihənin başa çatması ilə əlaqədar olaraq dekabr ayının 8-də "Ekol Mühəndislik Xidmətləri" QSC görülən işləri "Salyan OİL" LTD-yə təhvil vermişdir. Tədbirdə hər iki tərəfin rəhbər işçiləri və mütəxəssisləri iştirak etmiş, müqavilə öhdəliklərinin tam olaraq, yüksək keyfiyyətlə və vaxtında yerinə yetirildiyi qeyd olunmuşdur.
|
|