|
Xəbərlər
[21.12.2009]
"Ekol Mühəndislik Xidmətrləri" QSC -də növbəti dəfə iməcilik keçirilmişdir
Son illər ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. 2010-cu ilin "Ekologiya İli" elan olunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
"Ekol Mühəndislik Xidmətləri" QSC də "Ekologiya İli" nə ciddi hazırlıq işləri görür. Artıq dekabr ayından başlayaraq QSC-nin istehsalat sahələrində iməciliklər keçirilir.
Növbəti iməcilik dekabrın 19-da xidməti məqsəd üçün QSC-nin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin (A-4 qurğusu) ərazisində keçirilmiş, xeyli abadlaşdırma işləri görülmüş, 200-dən çox yeni ağaclar əkilmişdir. İməcilikdə QSC-nin çoxsaylı əməkdaşları iştirak etmişlər.
Bu kimi tədbirlərin bundan sonra da ardıcıl keçirilməsi nəzərdə tutulmuşdur.
|
|