|
Xəbərlər
[21.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC mükafata layiq görülmüşdür
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin fəaliyyət sahələrinin gündən-günə genişlənməsi, həyata keçirdiyi ekoloji layihələrin aktuallığı və Respublikamızın iqtisadiyyatına verdiyi layiqli töhfələr əlaqədar təşkilatların və mətbuat orqanlarının da diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, KİV tərəfindən QSC-nin fəaliyyəti maraqla izlənilir və vaxtaşırı olaraq mətbuat sahələrində işıqlandırılır.
Bu işlərin məntiqi davam olaraq ilin əvvəlində Caspian Energy jurnalının və Xəzər Avropa İnteqrasiya İş Klubunun birgə keçirdikləri tədbirdə QSC ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi xidmətlərə görə "İlin Qalibi" mükafatına layiq görülmüşdür.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici iqtisadi əlaqələrin inkişafı, innovasiya texnologiyalarına və ekoloji təmiz istehsala investisiyaların cəlb olunması sahəsindəki məqsədyönlü fəaliyyəti və əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar CONSULTİNG & BUSINESS jurnalının səhifələrində öz əksini tapmışdır.
Bununla yanaşı CONSULTİNG & BUSINESS jurnalının təşkilatçılığı ilə dekabrın 19-da möhtəşəm "Gülüstan" sarayında keçirilən tədbirdə, fəaliyyəti yüksək qiymətləndirilərək QSC respublikamızın iqtisadiyyatına və ətraf mühitin mühafizəsinə verdiyi töhfəyə görə ilin mükafatına layiq görülmüşdür. Tədbirdə dövlət xadimləri, millət vəkilləri, respublikanın aparıcı təşkilatlarının rəhbərləri və KİV-nin nümayəndələri təmsil olunmuşlar.
Mükafatı QSC-nin Baş direktoru Soltan Əliyevə Millət vəkili Vahid Əhmədov təqdim etdi. Tədbirdə çıxış edən Soltan Əliyev QSC-nin fəaliyyətinə göstərilən etimada və verilən yüksək mükafata görə təşkilatçılara öz minnətdarlığını bildirdi və rəhbərlik etdiyi QSC-nin bundan sonra da Respublika iqtisadiyyatına layiqli töhfələr verəcəyini iştirakçıların diqqətinə çatdırdı.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.
|
|