|
Xəbərlər
[18.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələri yaşıllıqlara bürünür.
QSC-nin istehsalat sahələrində neftşlamın emalı və sənaye-çirkab sularının təmizlənməsi zamanı atmosferə atılan tullantıların zərərsizləşdirilməsi və ətraf mühitin sağlamlaşdırılması məqsədilə yaşıllıqların salınması sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
Müəssisənin ekoloji tədbirlər planına uyğun olaraq cari ilin yaz mövsümində istehsalat sahələrində 600 ədəd bəzək, 470 ədəd meyvə ağacları, 1200 ədəd gül və 720 ədəd bəzək kolları əkilmiş, 2400 m2 sahədə isə qazonlar salınmışdır.
Mütəxəssislər tərəfindən ərazidə təcrübə üçün əkilmiş pomidor kolları bol məhsul vermişdir. Yaşıllıqların əkildiyi ərazidə çiləmə üsulu ilə suvarma sistemləri quraşdırılmışdır.
Müəssisənin istehsalat sahələrində əkilmiş yüzlərlə ağaclara, gül və bəzək kollarına, qazonlara xüsusi qrup mütəxəssislər tərəfindən aqrotexniki xidmət göstərilir.
QSC də formalaşdırılmış, aqronomlardan, bioloqlardan, bağbanlardan və mütəxəssislərdən ibarət qrupun ərazidə dünya praktikasına uyğun becərdikləri, göz oxşayan yaşıllıq mənzərələri, yetişdirdikləri güllər və meyvə ağacları onların təcrübəsinin bariz nümunəsidir.
|
|