|
Xəbərlər
[14.01.2010]
Yeni qazanxana istismara tam hazırdır
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin O.Vəliyev -1 ünvandakı ( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) istehsalat sahələrinin fasiləsiz olaraq buxar enerjisi ilə təmin edilməsi məqsədi ilə, ötən il tikintisinə başlanmış, Türkiyənin "erensan" şirkətinin istehsalı (məhsuldarlığı 4 500 kq/saat, gücü 6-8 atm. ) olan yeni qazanxana kompleksinin tikintisi başa çatdırılmış və istismara tam hazırdır. Bununla əlaqədar olaraq Türkiyədən "erensan" şirkətinin mütəxəssisləri dəvət olunmuş, qazanxana müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.
Qazanxana texniki təhlükəsizlik qaydalarına uyğun olaraq tikilmiş, müasir avadanlıqlarla təchiz olunmuş və müvafiq icra orqanlarında qeydiyyatdan keçərək tələb olunan texniki şərtlərlə təmin edilmişdir. Kompleksin ətrafında xeyli abadlaşdırma işləri aparılmışdır.
Qazanxananın istismara verilməsi ilə Tullantıların emalı departamentinin 6-cı sahəsində (Oqtay Vəliyev -1) texnoloji proseslərin və ərazidəki inzibati - məişət binalarının istilik enerji təminatı xeyli dərəcədə yaxşılaşacaqdır.
|
|