|
Xəbərlər
[19.01.2010]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də 20 yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
20 yanvar faciəsinin 20 illiyi ilə əlaqədar "Ekol Mühəndislik Xidmətləri" QSC-də bir sıra tədbirlər keçirilmişdir. İstehsalat sahələrində 20 yanvar hadisələrini əks etdirən stendlər quraşdırılmış, tər çiçəklər düzülmüşdür.
QSC-də 20 yanvar faciəsinə həsr olunmuş geniş toplantı keçirilmişdir. Toplantını çiriş sözü ilə açan QSC-nin baş direktoru Soltan Əliyev qeyd etmişdir ki, 1990 -cı ilin 20 yanvarında sovet imperiyasının törətdiyi bu qanlı hadisə azərbaycan xalqının qan yaddaşında dərin iz buraxmış, lakin xalqın azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. O çıxışına davam edərək müasir gənclərin tarixin dərslərindən düzgün nəticə çıxarmalarını, milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarında 20 yanvar şəhidlərini özlərinə örnək etmələrini tövsiyə etmiş, 20 yanvar şəhidlərinin ruhuna allahdan rəhmət diləmişdir.
Toplantıda çıxış edənlər Kamil Akimov, Ramil Əliyev, Məzahir Hüseynov, Fəxrəddin Quliyev və başqaları 20 yanvar faciəsinin sovet imperiyasının azərbaycan xalqına qarşı törətdiyi ağır təcavüz və cinayət olmasını, bununla yanaşı azərbaycanın milli azadlığı uğrunda xalqımızın qan yaddaşına qəhrəmanlıq təcəssümü kimi həkk edildiyini və gənclərimizdə milli vətənpərvərlik ruhunun formalaşmasında böyük əhəmiyyət kəsb etməsini vurğuladılar.
Natiqlər bildirdilər ki, əslində 20 yanvar faciəsinin ümumxalq hüzn kimi yox, şəhidlər günü kimi qeyd edilməsi daha məqsədəuyğun olardı.
Toplantıda 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
|
|