"Ekol" və "Qalakt" komandalarının görüşü 17: 0
hesabı ilə başa çatmışdır
Futzal üzrə Azərbaycan kubokuna sahib olmaq üçün komandalar arasında gərgin mübarizə davam edir. Yanvarın 19-da "Ekol" komandası yarışın növbəti oyununu Bakının "Qalakt" komandası ilə keçirmişdir.
Gərgin mübarizə şəraitində keçən oyunda "Qalakt" komandasının müqavimət cəhdləri "Ekol" komandasının güclü həmlələri qarşısında çox zəif görünürdü. Bundan istifadə edən və peşəkar oyun nümayiş etdirən komandamız oyunun I-ci hissəsində rəqib komandanın qapısından 9, II-ci hissəsində isə 8 top keçirməyə nail olmuşdur.
Beləliklə Azərbaycan kuboku yarışlarında "Ekol" və "Qalakt" komandalarının qarşılaşması 17:0 hesabı ilə başa çatmışdır.
Futzal üzrə Azərbaycan kuboku uğrunda yarışlar davam edir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.