|
Xəbərlər
[21.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC Respublikamızın ictimai-siyasi
həyatında da fəal iştirak edir.
18 iyul 2008-ci il tarixdə YAP Nizami rayon təşkilatının VI-cı konfransı keçirilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, ARDNŞ-nin Prezidenti, millət vəkili Rövnəq Abdullayev, Nizami rayonunun İcra başçısı Mehbalı Əliyev və rayon fəalları iştirak etmişlər. YAP "Ekol" ilk ərazi təşkilatının nümayəndələri də konfransa qatılmışlar.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər, Milli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş və əklil qoymuşlar. Daha sonra konfrans öz işinə başlamışdır.
Konfransda YAP Nizami rayon təşkilatının hesabatı dinlənilmiş, təşkilatı məsələlərə baxılmış və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasını sədri İlham Əliyev cənablarına müraciət qəbul olunmuşdur.
Hesabat məruzəsində YAP "EKOL" ilk ərazi təşkilatının Nizami rayonun ictimai-siyasi həyatındakı fəal iştirakı xüsusilə vurğulanmışdır.
Konfransda "Ekol Mühəndislik Xidmətləri " QSC-nin baş direktoru Soltan Tərlan oğlu Əliyev Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının siyasi şurasına üzv seçilmişdir ki, bu da bir daha QSC-nin ictimai-siyasi həyatdakı fəallığını əks etdirir.
|
|