|
Xəbərlər
[25.01.2010]
"Ekologiya İli"-nin tədbirlər planı çərçivəsində yeni
layihələrin icrasına başlanılmışdır
"Ekologiya İli" ilə əlaqədar ötən ilin dekabr ayından ciddi hazırlıq işlərinə başlamış "Ekol Mühəndislik Xidmətləri" QSC, 2010-cu ildə bir sıra həlli vacib olan ekoloji layihələrin həyata keçirilməsi üçün sifarişlər almış və öz fəaliyyət proqramını müəyyən etmişdir.
Belə layihələrdən biri də QSC-nin "Azneft" İstehsalat Birliyi ilə birgə Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində ( Qala qəsəbəsi) aparacağı bioremediasiya işləridir.
Yanvar ayında ilk növbədə ərazidə ekoloji monitorinq işləri aparılmış, nəticəyə uyğun olaraq QSC-nin Torpaqların rekultivasiyası departamenti layihənin icrasına başlamışdır. Əraziyə xeyli sayda işçi qüvvəsi və xüsusi texnika cəlb edilmişdir.
Layihənin icra müddətində Z.Tağıyev adına NQÇİ-nin 9 hektara yaxın mədən ərazisində bioremediasiya və yaşıllaşdırma tədbirləri həyata keçiriləcəkdir.
Xatırladaq ki, ötən ilin dekabr ayında ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev və digər rəhbər işçilər ərazi ilə tanış olmuş, şirkət rəhbərliyinə görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.
Cari ilin I-ci rübündə QSC bir sıra NQÇ-nin mədən ərazilərində də bioremediasiya və yaşıllaşdırma layihələrinin icrasına başlayacaqdır.
|
|