|
Xəbərlər
[3.02.2010]
QSC-nin istehsalat sahələrində yanğından mühafizə üzrə
təlim - məşq toplantıları keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin YTD-nin təsdiq etdiyi könüllü yanğınsöndürmə drujinaçılarının dərs qrafikinə uyğun olaraq, QSC-nin istehsalat sahələri üzrə "İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları" mövzusunda təlim - məşq toplantıları keçirilmişdir.
Təlim - məşq toplantısı fevralın 02-də Tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində (Oqtay Vəliyev-1), fevralın 03-də isə TED-nin 7-ci sahəsində ("Azərneftyağ" NEZ) keçirilmişdir. Toplantılara QSC-nin rəhbər və mühəndis-texniki işçiləri qatılmışlar.
Təlim - məşq toplantılarını keçirən Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov və TED-nin texniki təhlükəsizlik üzrə mühəndisi Tapdıq Quliyev yanğın baş verdiyi halda ilk davranış qaydaları, eləcə də odsöndürən balonların xarakteristikaları haqqında toplantı iştirakçılarına geniş məlumat vermiş və yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını praktiki olaraq nümayiş etdirmişlər.
Toplantıda FHN-nin Hərbiləşdirilmiş Yanğınsöndürmə Hissəsinin D/X kapitanı R.Şeyxzamanov da iştirak etmişdir.
|
|