|
Xəbərlər
[22.07.2008] Heydər Əliyev adına BNEZ-nun dövrü su təchizatı təmin edilir
Heydər Əliyev adına BNEZ- da emal qurğularının reqlamentə uyğun istismar olunması və texnoloji proseslərin ardıcıllığı üçün bu qurğuların dövrü su təchizatı fasiləsiz təmin olunması ən vacib amillərdən biridir. Xüsusilə yay mövsümündə suya olan tələbat xeyli dərəcədə artır.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamentinin kollektivi gün ərzində fasiləsiz olaraq bu proseslərin ardıcıl yerinə yetirilməsinə müvəffəqiyyətlə nail olur və BNEZ-nı yüksək keyfiyyətli su ilə təmin edirlər.
Heydər Əliyev adına BNEZ-nun texnoloji proseslərdən və soyutma sistemlərindən QSC-nin mexaniki təmizləmə qurğularına 1700-1800 m3/saat sənaye - çirkab suları daxil olur ki, bu sular da qəbul olunmuş norma həddinə qədər təmizləndikdən sonra 40 %-ə qədəri (720 m3/saat) BNEZ-nun istafadəsi üçün dövrü su təchizat sisteminə, 60 % -ə qədəri isə (1080 m3/ saat) Bioloji təmizləmə qurğularına ötürülür.
Ümumiyyətlə QSC tərəfindən BNEZ -nun ay ərzində 1.3 milyon m3, il ərzində isə 15 milyon m3 -ə qədər sənaye - çirkab suları təmizlənir ki, onun da ayda 600 min m3-i dövri su təchizatı sisteminə ötürülür.
|
|