|
Xəbərlər
[23.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin Ekologiya İdarəsi ilə birgə yeni layihələr həyata keçirəcək
ARDNŞ-nin Ekologiya İdarəsi ilə "Ekol Mühəndislik Xidmətləri" QSC qarşılıqlı əməkdaşlıq çərçivəsində respublikamızda neftin çıxarılması və emalı sahələrində bir çox ekoloji layihələr həyata kecirirlər.
Bu yönümlü işlərin davamı olaraq Ekologiya İdarəsi baş podratçı qismində "Salyan OYL" Şirkəti ilə 36 min m3 qazma şlamın emalı və bioloji təmizlənməsi, "Azgerneft" Şirkəti ilə isə, mədən ərazisindəki 3 hektar sahədə çirklənmiş torpaqların bioloji rekultivasiyası barədə kontrakt imzalanması üçün hazırlıq işləri aparılır.
ARDNŞ ilə "Ekol Mühəndislik Xidmətləri" QSC arasında imzalanmış 62 saylı dəstək sazişinə əsasən Ekologiya İdarəsinin bu layihələri "Subpodratçı" qismində QSC tərəfindən icra olunacaqdır.
Bu sahədə işlərin aparılması üçün QSC-də işçi qrupu yaradılmışdır.
|
|