|
Xəbərlər
[25.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC-nin nəqliyyat və xüsusi texnika parkı gücləndirilir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin ekoloji layihələrinin və mühəndis xidmətlərinin həyata keçirilməsində nəqliyyat vasitələrinin və xüsusi texnikanın rolu böyükdür. Məhz bunu nəzərə alaraq QSC-nin nəqliyyat və xüsusi texnika parkının gücləndirilməsi daimi diqqət mərkəzindədir.
Təkcə 2008-ci ildə ekoloji layihələrin həyata keçirilməsi istiqamətində, xüsusilə Bibiheybət sahəsində gölməçələrin qurudulması, neftşlamın, sənaye-çirkab və lay sularının daşınması məqsədilə, xüsusi təyinatlı "Kamaz-KO 507 A" və "Kamaz-65115" markalı maşınlar, kranlar, ekskavator və mobil texnikalar alınmış, QSC-nin nəqliyyat və xüsusi texnika parkının sıraları hiss ediləcək dərəcədə artırılmışdır.
QSC-nin struktur bölməsi olan Nəqliyyat sexində texniki servis xidmətləri təşkil edilmiş, Sexə peşəkar sürücülər və texniki işçilər cəlb olunmuşdur.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət dairəsinin genişlənməsini, ekoloji layihələrin və sifarişlərin artmasını nəzərə alaraq, gələcəkdə də nəqliyyat və xüsusi texnika parkının gücləndirilməsi sahəsində tədbirlər davam etdiriləcəkdir.
|
|