|
Xəbərlər
06 may 2008-ci il tarixdə " Ekol Mühəndislik Xidmətləri " QSC Ulu Öndərin 85 illik yubileyinə töhfə olaraq yeni qurğuların açılış mərasimi keçirildi. Tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, vitse prezidentlər Davud Məmmədov, Muxtar Babayev, Xaliq Məmmədov və digər rəhbər işçilər iştirak etdilər.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qurğunun açılış lentini kəsdi və qurğunu işə saldı. " Ekol Mühəndislik Xidmətləri " QSC-nin baş direktoru Soltan Əliyev qurğunun iş prinsipi haqqında Şirkət rəhbərinə məlumat verdi.
Sonra qonaqlar " Facet " firmasının 1200 m3/saat gücündə olan sənaye-çirkab sularının təmizlənməsi qurğusunda aparılan son tamamlama işləri ilə tanış oldular.
Şirkət rəhbəri bu qurğuların ən müasir və məhsuldar qurğular olduğunu və qısa bir zamanda QSC-də görülən işləri çox yüksək qiymətləndirdi. O, ölkə başçısının müvafiq sərəncamı ilə ARDNŞ-nin qarşısında mühüm vəzifələr durduğunu və ətraf mühitin mühafizəsi sahəsində ekoloji layihələrin həyata keçirilməsində " Ekol Mühəndislik Xidmətləri " QSC-ni potensial podratçı qismində gördüyünü bir daha vurğuladı.
|
|