|
Xəbərlər
[28.07.2008] Elektrik təsərrüfatında yenidənqurma işləri aparılmışdır
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində işin fasiləsizliyinin təmin edilməsində elektrik təsərrüfatının mühüm əhəmiyyəti vardır. Bu məqsədilə müəssisədə avtonom elektrik təsərrüfatı yaradılmışdır. Elektrik təsərrüfatına QSC-nin struktur bölməsi olan Elektromexaniki təmir sexi xidmət göstərir.
Cari ildə QSC-də yeni fəaliyyət sahələrinin yaradılması və müasir tipli modul qurğuların quraşdırılması ilə əlaqədar olaraq elektrik enerjisinə artan tələbatı nəzərə alaraq, müəssisənin elektrik təsərrüfatında yenidənqurma işləri aparılmışdır.
Tullantıların emalı departamentinin 6-cı, 7-ci və 8-ci sahələrində, QSC-nin inzibati və məişət binalarında və digər yardımçı təsərrüfat sahələrində yeraltı kabel xətləri yenisi ilə əvəz olunmuş, paylayıcı stansiyalarda yeni AVM qurğuları quraşdırılmışdır. Bir çox elektrik mühərrikləri və nəzarət ölçü cihazları yenisi ilə əvəz olunmuş, generatorda təmir işləri başa çatdırılmışdır.
Hazırda Tullantıların emalı departamentinin 7-ci sahəsində ("Azərneftyağ" NEZ) neftşlamın emal edən "Alfa-laval" qurğusunun elektrik sistemi quraşdırılır.
|
|