Bu gün Respublikamızda neftlə çirklənmiş torpaqların təmizlənməsi ən aktual məsələlərdən biridir.
Bununla əlaqədar olaraq 2006-cı ilin iyun ayından başlayaraq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Tərlan oğlu Əliyev və Azərbaycan Neft Akademiyasının müəllimi Alımustafa Müstafa oğlu Mustafayev bu problemin həllinin araşdırılmasına başlamışlar. Nəticədə neftlə çirklənmiş torpaqların təmizlənməsi üsulu və bunun həyata keçirilməsi üçün yeni MS-1 (1-ci model ) qurğusunu ixtira etmiş və onu uğurla sınaqdan keçirmişlər.
26.12.2007-ci il tarixdə qeydiyyatdan keçmək üçün qurğunun layihəsi və iddia sənədləri Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə Patent Şöbəsinə təqdim olunmuşdur.
31.03.2008-ci il tarixdə adı çəkilən Agentliyin "Sənaye Mülkiyyəti, İxtiralar, Faydalı Modellər, Sənaye Nümunələri" rəsmi bülletenində qurğu haqqında müfəssəl məlumat verilmişdir.
"Neftlə çirklənmiş torpaqların təmizlənməsi üsulu və bunun həyata keçirilməsi üçün qurğu" ixtirasına aid iddia sənədinin Azərbaycan Respublikasının " Patent haqqında Qanununun 29-cu maddəsinə uyğun ekspertizası aparılmış və bu qurğunun ixtira olunmasına dair 17.03.2008-ci il tarixdə QƏRAR qəbul olunmuşdur.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən Soltan Tərlan oğlu Əliyevə və Alımustafa Mustafa oğlu Mustafayevə qurğunun ixtirasına dair müəlliflik hüququ verən 25.07.2008-ci il tarixli, İ 2008 0145 saylı
PATENT ixtira sənədi təqdim olunmuşdur.
Hazırda müəlliflər MS-2 ( 2-ci model ) qurğusu üzərində işlər aparırlar.