|
Xəbərlər
[29.07.2008] Yeni sutəmizləyici qurğu sınaqdan keçirilmişdir
Xəbər verildiyi kimi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların emalı departamentinin 6-cı sahəsində ( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi ) 2007-ci ildə tikintisinə başlanmış, Almaniyanın "Facet" Şirkətinin ən müasir, gücü 1200 m3/saat olan sutəmizləyici qurğusunun inşası başa çatdırılmışdır.
İyul ayında Almaniyanın "FACET" və Çexiyanın "INTTECHA" Şirkətlərinin mütəxəssisləri tərəfindən qurğuda aparılan nizamlama və sınaq işlərinə start verilmişdir.
|
|