|
Xəbərlər
[30.07.2008] Ekoloji normativ - texniki sənədlərin işlənib hazırlanması yüksək peşəkarlıqla həyata keçirilir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biri də ekoloji normativ - texniki sənədlərin işlənib hazırlanmasıdır. Bu məqsədlə QSC-nin Ekoloji monitorinq departamentinin nəzdində "Normativ - texniki sənədlərlə iş" Şöbəsi yaradılmışdır. Şöbədə peşəkar mütəxəssislər, alimlər, ekoloqlar və digər müvafiq ixtisaslardan olan kadr potensialı fəaliyyət göstərir.
2007-2008-ci illərdə ARDNŞ-nin 14-ə qədər təşkilatı ilə QSC arasında ekoloji normativ - texniki sənədlərin işlənib hazırlanması barədə müqavilə bağlanmışdır. Artıq 4 təşkilat üçün işlənib hazırlanmış ekoloji normativ - texniki sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmış və "Sifarişçi"yə təqdim edilmiş, 3 "Sifarişçi" təşkilat üzrə isə sənədlərin işlənib hazırlanması başa çatdırılmışdır.
Hazırda "Normativ - texniki sənədlərlə iş" Şöbəsi tərəfindən digər müqavilələr üzrə işləri davam edir, müraciətlər əsasında yeni "Sifarişçi"lərlə müqavilələrin bağlanılmasına hazırlıq işləri aparılır.
|
|