|
Xəbərlər
[31.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC mühüm tədbirə hazırlaşır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: Energetika, İqtisadiyyat, Ekologiya, Əməkdaşlıq strategiyası adlı Beynəlxalq Konfransın sentyabr ayının 9-10 tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.
Dövlət rəsmiləri tərəfindən böyük etimad göstərilərək, bu Konfransda iştirak etmək üçün "Ekol Mühəndislik xidmətləri" QSC də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini cənab Yaqub Eyyubovdan və Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri cənab Natiq Əliyevdən dəvət məktubu almışdır.
QSC-nin kollektivi dəvət məktublarını geniş müzakirə etmiş və göstərilən bu yüksək etimadın Şirkətimizə olan qayğı və diqqətin məntiqi ifadəsi kimi qiymətləndirmiş, Konfransın çox önəmli əhəmiyyət kəsb edəcəyini, Şirkətimiz üçün, Azərbaycanın və Türkmənistanın yerli Şirkətləri ilə qarşılıqlı surətdə işgüzar və əlverişli əməkdaşlıq imkanlarının yaradacağını xüsusilə qeyd etmişlər.
Konfransın yüksək səviyyədə iştirak etmək üçün ,"Ekol Mühəndislik xidmətləri" QSC-nin baş direktoru cənab Soltan Əliyevin əmri ilə işçi qrupu yaradılmış, sərgidə nümayiş etdiriləcək, Şirkətimizin praktiki fəaliyyətini əks etdirən eksponatların hazırlanması məqsədilə peşəkar dizaynerlər dəvət olunmuşdur.
Ekol Mühəndislik xidmətləri" QSC-də bu mühüm tədbirə ciddi hazırlıq işləri aparılır.
|
|