|
Xəbərlər
[5.08.2008] Yeni texnologiyaların tətbiqi istehsalat sahələrində səmərəli nəticələr verir
QSC-nin İstehsalat sahələrində yeni texnologiyaların tətbiqi, onların iş prinsiplərinin öyrənilməsi, istehsalata uyğunlaşdırılması və texnoloji proseslərin tənzimlənməsi məqsədilə QSC-də "Konstruktor və yeni texnologiyaların tətbiqi" Şöbəsi (KYTTŞ) yaradılmış, təcrübəli mütəxəssislər işə cəlb olunmuşdur.
KYTTŞ əsasa fəaliyyəti sənaye-çirkab sularının keyfiyyətlə təmizlənməsi üçün uyğun reagentin seçilməsi və flotasiya sisteminə optimal normalarla verilməsi, parafinin təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi və alınan məhsulun keyfiyyətinin artırılması, istehsalat tullantılarının zərərsizləşdirilməsi ilə əlaqədar yeni texnologiyaların tətbiqi və s. ibarətdir. Şöbə qısa müddətdə istehsalat sahələrində bir çox səmərəli işlər aparmış və müsbət nəticələr əldə olunmuşdur.
"Facet" Şirkətinin yeni separator qurğusunun tətbiqi ilə əlaqədar olaraq KYTTŞ-nin əməkdaşları tərəfindən bu sahədə də müvafiq işlər aparılır, qurğunun optimal rejimdə işləməsi üçün səmərəli təkliflər verilir.
Cari ilin may-iyul aylarında Şöbə tərəfindən Tullantıların Emalı Departamentinin 7-ci sahəsində mexaniki təmizləyici qurğularının texnoloji reqlamenti işlənib başa çatdırılmış, 6-cı sahədə isə "Facet" Şirkətinin separator qurğusunun və Alfa-Laval Şirkətinin şlamın emalı 2 fazalı Dekantor qurğusunun tətbiqi ilə əlaqədar QSC-nin texnoloji reqlamentlərinin hazırlanması işləri davam edir.
KYTTŞ-nin yeni texnologiyaların axtarılması və tətbiqi sahəsində tədqiqat işlər davam etdirilir.
|
|