|
Xəbərlər
[6.08.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC iyul ayını uğurlu
nəticələrlə başa vurmuşdur
QSC 2008-ci ilin iyul ayında bütün sahələr üzrə istehsalat planlarını uğurla yerinə yetirmişdir.
Hesabat ayında Tullantıların Emalı Departamentinin 7-ci sahəsi Heydər Əliyev adına BNEZ-dan mexaniki təmizləmə qurğularına daxil olan 1 milyon 342 min m3, 6-cı sahəsi isə "Azərneftyağ" NEZ-nun istehsalat sahələrindən daxil olan 934 min m3 sənaye - çirkab sularını norma həddinə qədər təmizləyərək , bir hissəsini zavodların dövrü su sistemlərinə, qalan hissəsini isə bioloji təmizləmə qurğularına təhvil vermişlər.
Müvafiq dövrdə "Azərneftyağ" NEZ-da uzun illər yığılıb qalmış, eləcə də, sənaye - çirkab sularının təmizlənməsi prosesində yaranmış 7 820 ton neftşlam emal edilərək zərərsizləşdirilmişdir.
Cari ildə iyunun 19-dan iyulun 17-dək Torpaqların Rekultivasiyası Departamenti tərəfindən "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisindəki neftlə çirklənmiş 8.7 hektar torpaq sahəsi rekultivasiya olunaraq yararlı hala salınmışdır.
İyul ayında Ekoloji Monitorinq Departamenti ARDNŞ-nin tabeçiliyində olan 3 təşkilatın ekoloji texniki - normativ sənədlərini işləyib başa çatdırmış, 7 təşkilatda ekoloji monitorinq işləri apararaq təkliflər paketini "Sifarişçi" təşkilatlara təqdim etmiş, 5 təşkilata isə analitik laboratoriya xidmətləri göstərmişdir.
|
|