|
Xəbərlər
[8.08.2008] Elektromexaniki təmir sexi
QSC-nin fəaliyyət sahələrində fasiləsiz iş rejiminin təmin olunmasında, istehsalat və keyfiyyət göstəricilərinin artırılmasında QSC-nin struktur bölməsi olan Elektromexaniki təmir sexinin rolu böyükdür. Sexdə 26 nəfərədək müxtəlif kateqoriyalı peşəkar işçilər çalışır.
İyul ayında Elektromexaniki təmir sexi tərəfindən yeni "Facet" qurğusunun neft nasosunun çıxış boru xətti, "Alfa - Laval" qurğusuna isə 100 metrədək su xətti çəkilmişdir. Qəza anbarına səyyar FQ - 144 / 46 nasosu quraşdırılmış, nasosun qəbul boru xətti dəyişdirilmişdir. Flotator nasosxanasında 200 kv -lıq 2 ədəd yeni elektrik nasosları quraşdırılmışdır. Elektrik təsərrüfatında yenidənqurma işləri aparılmışdır.
Müəssisənin fəaliyyət sahələrində sutka ərzində elektrik təchizatının, mühərriklərin, qurğu və avadanlıqların işinin fasiləsizliyini təmin etmək üçün, sexin müvafiq peşələrdən olan işçi heyəti növbəli iş rejimində çalışırlar. Sexdə nəzarət - ölçü cihazlarının saz vəziyyətdə olması, onların təmiri və vaxtlı - vaxtında yoxlanışdan keçirilməsi üçün stendlər quraşdırılmış və bu sahəyə ixtisaslı kadrlar cəlb olunmuşdur.
|
|