|
Xəbərlər
[12.08.2008] Yeni qurğuların tətbiqi QSC-nin ekoloji layihələrinin həyata keçirilməsi üçün böyük imkanlar yaradır
Xəbər verildiyi kimi "Ekol Mühəndislik Xidmətləri" QSC "Sifarişçi" təşkilatların istehsalat sahələrində uzun illər yığılıb qalmış və sənaye - çirkab sularının təmizlənməsi prosesində formalaşan neftşlamın emalını və zərərsizləşdirilməsini təmin etmək məqsədilə, cari ilin may ayında xarici təsisçinin investisiyası hesabına İsveçrənin "Alfa-Laval" Şirkətindən müasir tipli, gücü 30 m3/saat olan 2 ədəd qurğu almış və istiyadə vermişdir.
Bu qurğuların tətbiqi nəticəsində, neftşlamın emalı və zərərsizləşdirilməsi sahəsində uğurla nəticələr əldə olunmuş və neftşlamın ətraf mühitə mənfi təsirinin qarşısı xeyli dərəcədə alınmışdır.
2008-ci ilin may - iyul aylarında yeni qurğuların vasitəsilə Tullantıların Emalı Departamentinin 5-ci sahəsində (Bibiheybətneft" NQÇİ -nin mədən ərazisi) 6820 ton, 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexi) 8500 ton , 7-ci sahəsində ("Azərneftyağ" NEZ) 19 800 ton, ümumilikdə isə 35 120 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. Bu proses nəticəsində alınmış quru qalıq (gil torpaq qarışığı) və neft məhsulları təkrar istifadəyə yararlıdır.
Avtomatik rejimdə işləyən qurğuların texniki imkanları, effektivliyi və bu sahədə ixtisaslı kadrların olması QSC-nin ekoloji layihələrinin həyata keçirilməsi və "Sifarişçi" təşkilatların istehsalat sahələrində uzun illər yığılıb qalmış neftşlamın zərərsizləşdirilməsi üçün böyük imkanlar yaratmışdır.
|
|