|
Xəbərlər
[18.08.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət dairəsi genişlənir
"Ekol Mühəndislik Xidmətləri" QSC ötən il olduğu kimi, bu il də "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji yönümlü fəaliyyətini uğurla davam etdirir.
Cari ildə QSC "Suraxanı OYL Opereyşn Kompani", "Xəzərdənizgəmiçiliyi", "Xəzərdənizneftdonanma" İdarələrinin istehsalat sahələrində olan neftlə çirklənmiş sularının təmizlənməsi, emal prosesində formalaşan neftşlamın və gəmilərin təmiri zamanı yaranmış mexaniki qarışıqların utilizasiyası sahəsində əsaslı işlər həyata keçirmişdir. Bunun nəticəsində ətraf mühitə atılan tullantıların həcmi əhəmiyyətli dərəcədə azalmışdır ki, bu da ekoloji vəziyyətin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin ekoloji layihələrin dünya standartları səviyyəsində həyata keçirilməsinə imkan verən xeyli sayda müasir nəqliyyat vasitələri və xüsusi texnikası bir çox təşkilatlarda da maraq doğurmuş, müqavilələr bağlanması barədə müraciətlər olunmuşdur. Bu istiqamətdə hazırlıq işləri davam etdirilir.
|
|