|
Xəbərlər
[27.08.2008] Yeni nasoslar istifadəyə verilmişdir
Xəbər verildiyi kimi "Ekol Mühəndislik Xidmətləri" QSC xarici təsisçinin investisiyası hesabına, avqust ayında Almaniyanın "BÖRGER ROTARY LOBE PUMPS" Şirkətindən gücü 150 m3/saat olan 3 ədəd müasir tipli nasoslar almışdır.
QSC-nin Tullantıların Emalı Departamentinin 7-ci sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sahəsi) yay mövsümü ilə əlaqədar BNEZ-dan daxil olan sənaye çirkab suların miqdarının artması, "Facet" qurğusunda və mexaniki təmizləyici qurğularda suların tənzimlənməsi məqsədilə nasoslar artıq istifadəyə verilmişdir.
Nasosların məhsuldarlığı və texniki imkanları sənaye-çirkab sularının təmizləyici qurğulara ötürmə sürətinin artmasına imkan verir ki, bu da suların çökdürücü göllərdə qalaraq ətraf mühitə göstərdiyi mənfi təsirin qarşısını xeyli dərəcədə almış olur.
Gələcəkdə QSC-nin digər istehsalat sahələrində də bu tip nasosların alınıb quraşdırılması nəzərdə tutulur.
|
|