|
Xəbərlər
[28.08.2008] YENI QURĞUNUN QURAŞDIRILMASI BAŞA ÇATMAQ ÜZRƏDIR
Neft sənayesində ətraf mühitə mənfi təsir edən amillərdən biri də neftin çıxarılması və emalı zamanı formalaşan neftşlamdır.
Bunu nəzərə alaraq "Ekol Mühəndislik Xidmətləri" QSC "Sifarişçi" təşkilatlarının istehsalat ərazilərində uzun illər yığılıb qalmış və sənaye-çirkab sularının təmizlənməsi prosesində yaranmış neftşlamın yeni texnika və texnologiyalarla emalı və zərərsizləşdirilməsi layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
QSC bu istiqamətdə "Bibiheybətneft" NQÇİ -nin mədən ərazisində, Tullantıların Emalı Departamentinin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexi) apardığı işlərlə yanaşı, 7-ci sahədə də ("Azərneftyağ" NEZ) neftşlamın emalı və təmizlənməsi məqsədilə, ötən aydan NEZ-nun ərazisində yeni "Alfa-Laval" qurğusunun quraşdırılmasına başlanmışdır.
Hazırda bu qurğunun quraşdırılması başa çatmaq üzrədir. Qurğu istifadəyə verildikdən sonra "Azərneftyağ " NEZ-nun istehsalat sahələrindəki on min tonlarla neftşlamın emalı və zərərsizləşdirilməsi prosesinə başlanılacaqdır ki, bu da öz növbəsində ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına əsaslı dərəcədə təsir göstərəcəkdir.
|
|