|
Xəbərlər
[29.08.2008] YAŞILLIQLAR EKOLOJİ VƏZİYYƏTİN YAXŞILAŞDIRILMASINA ZƏMİN YARADIR
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin istehsalat sahələrində atmosferə atılan tullantıların azaldılması və ətraf mühitin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Bu tədbirlər sırasında yeni texnika və texnologiyaların tətbiqi ilə yanaşı istehsalat sahələrində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi də mühüm fəaliyyət sahələrindən biridir.
Bununla əlaqədar olaraq yaşıllıqlara aqrotexniki qaydada xidmət göstərilməsi, yeni yaşıllıqların salınması məqsədilə təcrübəli mütəxəssislər, aqronomlar və bağbanlar bu işə cəlb edilmişdir.
Yay mövsümündə yaşıllıqlara xüsusi qulluq göstərilir ki, bunun da nəticəsində istehsalat sahələrində olan yaşıllıqlar göz oxşayır, ərazinin mikroiqliminə müsbət təsir göstərir.
Ərazidə zərərli iş şəraitinin olmasına baxmayaraq, burada əkilmiş meyvə ağaclarının məhsuldar bar verməsi yaşıllıqların ətraf mühitə müsbət təsirinin bariz nümunəsidir .
|
|