|
Xəbərlər
[2.09.2008] TİKİNTİ - QURAŞDIRMA İŞLƏRİNİN LAYİHƏ - SMETA SƏNƏDLƏRİ UĞURLA İCRA OLUNUR
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində aparılan tikinti - quraşdırma işlərinin layihələndirilməsi və qiymətləndirilməsi məqsədilə QSC-də Layihə - smeta şöbəsi fəaliyyət göstərir. Şöbədə təcrübəli mütəxəssis və peşəkar mühəndis kadrları vardır.
Son zamanlar QSC-də aparılan tikinti quraşdırma işləri, xüsusilə "Facet" və "Alfa - laval" qurğularının quraşdırılması türk və alman mütəxəssisləri ilə birlikdə həyata keçirilmiş, ərazinin xüsusiyyətləri nəzərə alınmaqla topoqrafiya və layihələndirmə işləri başa çatdırılmışdır.
Cari ilin may - avqust aylarında Layihə-smeta şöbəsi tərəfindən Tullantıların Emalı Departamentinin 5-ci sahəsində ("Bibiheybətneft" NQÇİ-nin mədən ərazisi )"Alfa - Laval" qurğusunun tikinti - quraşdırma işlərinin, 6-cı sahəsində ("Azərneftyağ " NEZ) "Alfa - Laval" qurğusunun tikinti - quraşdırma işlərinin, 7-ci sahəsində ( Heydər Əliyev adına BNEZ -nun 9-cu sexinin ərazisi) "Facet", "Alfa-Laval" qurğularının tikinti - quraşdırma və mexaniki təmizləyici qurğuları üçün işlənib hazırlanmış layihə - smeta sənədləri əsasında tikinti - quraşdırma işlərinin həyata keçirilməsi təmin edilmişdir.
|
|